Yazını böyüt
Yazını kiçilt
Yeni Zelandiyada Leyboristlərdən Soraya Peke-Masonun and içməsindən sonra qadın deputatların sayı 60-a yüksələrək ilk dəfə kişi deputatların sayını üstələyib.
Parlamentdəki dəyişiklikdən sonra qadın deputatların sayı 60-a, kişi deputatların sayı isə 59-a yüksəlib.
Peke-Mason jurnalistlərə açıqlamasında “Düşünürəm ki, bu gün həm mənim üçün, həm də Yeni Zelandiya üçün tarixi bir gündür”.
Parlamentlərarası İttifaqın (PAB) məlumatına görə, Yeni Zelandiya bu il parlamentdə qadınların ən azı 50 faizinin təmsil olunduğu Kuba, Meksika, Nikaraqua, Ruanda və Birləşmiş Ərəb Əmirlikləri arasında yerini tutub.