Yeniyetmələr arasında cinayət yalnız bizim ölkədə olmur

16:24 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə baş verən hadisə təəssüfdoğurucudur.

 

Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"9-cu sinfi bitirib təhsilini davam etdirməyən yeniyetmə məktəbə gəlir. Onun içəri daxil olmasına məktəb kontingentindən olmadığına görə icazə verilmir. Nədənsə şagird digər şagirdin həyatına qəsd edir.

 

Yeniyetmələr arasında cinayət yalnız bizim ölkədə olmur. Bununla bağlı cinayət işi açılıb. Qərarı məhkəmə verəcək, biz yox", - nazir qeyd edib.

 

Qeyd edək ki, yanvarın 23-də 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan Raul Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov həbs edilib.

Oxunma sayı 35