Yolu keçmək istəyən yaşlı kişini maşın vurdu

09:21 23.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.

Ticarət mərkəzindən çıxan 1969-cu il təvəllüdlü Əhmədov Araz Rüstəm oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.