“19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir!”
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.
Z.Oruc qeyd edib ki, təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir.
“Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir.
Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda Qələbəmizin dəyəri daha böyük görünür!”.
Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, “İrəvan müharibəyə hazırlaşırsa, niyə 4 kəndi sülh yolu ilə qaytarır” deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür!”