Zahid Oruc: ”Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular”

12:20 19.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruz bildirib.

Deputat bildirib ki, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladı.

“Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri - azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər.

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə”, deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var-İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər”.

Z.Oruc bildirib ki, dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi.

“20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu”.

Z.Oruc bildirib ki, Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Deputat hesab edir ki, son 30 ildə cəhbəçiliyin və əli kərimliçiylin çörək və siyasi ideologiyası-“Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi Zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməlidir.
“Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir”.

Oxunma sayı 30