Zakir Həsənov misirli həmkarı ilə görüşüb

16:13 05.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxunma sayı 44
Siyasət rubrikasından digər xəbərlər