Zakir Həsənov nazirliyin digər rəhbər heyəti ilə Misirdə səfərdədir

17:01 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.

Müdafiə naziri "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Oxunma sayı 46
Siyasət rubrikasından digər xəbərlər