Zaporojye AES-in ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

09:00 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Hafta.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yanğən nəticəsində ölən və xəsarət alan olmayıb.

***

Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə AES-in mətbuat xidmətinin nüamayəndəsi Andrey Tuz özünün "Telegram" kanalında xəbər verib.

"Atom elektrik stansiyasında yanğın", - deyə o yazıb.

Qeyd edək ki, Enerqodar şəhərindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.