Zaqatalada 7 otaqlı ev yanıb

10:21 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Çobankol kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.