Zaqatalada gün ərzində 3-cü dəfə zəlzələ olub

16:36 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.