Zaqatalada itkin düşən hindistanlı turistin QALIQLARI TAPILDI

10:20 11.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin mayında rayon ərazisində itkin düşən 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkarlanıb.

Hafta.az xəbər verir ki, meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidən götürülərək müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.