Zaqatalada restoran icarədarı və toy sahibi cərimələnib - FOTO

13:32 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.