Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı liderlərindən Kiyevi böyük həcmdə müasir və uzaqmənzilli silahlarla təchiz etməyi xahiş edib. O, bu barədə videokonfrans rejimində Aİ sammitinin iştirakçıları qarşısında çıxışı zamanı bildirib. Videonu özünün Telegram kanalında yayımlanıb.
“Bizim daha müasir silahlara, daha çox tədarükə ehtiyacımız var, bu həm hava hücumundan müdafiəyə, həm də raket əleyhinə müdafiəyə aiddir, mən Avropa İttifaqının 27 ölkəsinin hər birindən tədarüklərin həcmini artırmaq üçün konkret olaraq nə edə biləcəyiniz barədə qərar vermələrini xahiş edirəm”, - deyə Zelenski əlavə edib.
Ukrayna lideri hesab edir ki, növbəti altı ay “bir çox cəhətdən həlledici olacaq” və buna görə də Qərb ölkələri Ukraynaya heç də az olmayan həcmdə hərbi dəstək verməlidir.
Bundan əlavə, Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin qoyduğu şərtləri müzakirə etmək üçün dünya sammiti təşkil etmək niyyətində olduğunu qeyd edib və Aİ liderlərini bu toplantıda iştirak etməyə çağırıb.