Yazını böyüt
Yazını kiçilt
Gürcüstan hakimiyyəti həbsdə olan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin xaricə müalicəyə göndərilməsinə icazə verəcək qərar qəbul etməlidir.
Bunu Ukrayna lideri Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, eks-dövlət başçısının vəziyyəti ağırdır və onun başına gələnlər istehzadır. Zelenski “mərhəmət göstərməyə” çağırıb.
“İndi Saakaşvili ilə baş verənlər istehzadır. Bu, Gürcüstana yaraşmır və buna son qoyulmalıdır. Xahiş edirəm onun həyatını xilas edə biləcək bir qərar verin. Onu xarici klinikalardan birinə köçürün. Bu yaxşı addımı atmağın vaxtı çatıb”, - deyə Ukrayna lideri bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi də Saakaşvilinin səhhətinin pisləşməsindən narahatlığını bildirib.