Zelenski Ukraynadakı münaqişənin 2023-cü ildə bitəcəyini deyib

13:02 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynadakı münaqişə 2023-cü ildə bitə bilər. Hafta.az “Politico”ya istinadən verdiyi məlumata görə, Zelenski bu il Avropanın ən nüfuzlu şəxsiyyətlərinin reytinqinə başçılıq etdiyi mesajı ilə bağlı belə bir bəyanatla çıxış edib.

Qəzet Zelenskini Avropanın ən güclü adamı adlandırıb və qeyd edib ki, o, “Avropanın çox hissəsini onun gələcəyinin Ukraynanın gələcəyi ilə bağlı olduğuna inandırıb”. Nəşr eyni zamanda vurğulayır ki, Ukrayna geniş yayılmış korrupsiya, zəif iqtisadiyyat və ukraynadilli və rusdilli sakinlər arasında sosial bölünmə olan ölkədir.

"Mən inanıram ki, ukraynalılar gələn il də ən nüfuzlu xalq olacaqlar, lakin artıq sülh dövründə", - Zelenski deyib.

Zelenski “sabitliyi qoruyub saxlamağa kömək edən Avropadakı bütün dostlarımıza” təşəkkür edib.

Oxunma sayı 1353
Dünya rubrikasından digər xəbərlər