Zelenskinin ABŞ səfəri Rusiya ilə danışıqların əsasını qoydu - HİLL

16:50 30.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hill qəzetinin köşə yazarı Avraham Şama yazıb ki, Qərb ölkələri diqqəti öz iqtisadiyyatlarına yönəltmək üçün Ukraynadakı münaqişəyə son qoymağa hazırdırlar.

Məqalə müəllifinin fikrincə, atəşkəs məsələsi çox güman ki, bu yaxınlarda Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Baydenin şəxsi görüşündə qaldırılıb.

Şama yazır: "Ölkəmizdə iki prezident, ehtimal ki, hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə edib və gələcək danışıqlar üçün zəmin yaradıblar".

O qeyd edib ki, Vaşinqton və Avropa İttifaqının toqquşmaları dayandırmaq istəyi anti-Rusiya sanksiyalarının öz ölkələrinin iqtisadiyyatına mənfi təsiri ilə bağlıdır.