Zəncirvari avtomobil qəzası baş verib

21:48 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda sərnişin avtobusunun səbəb olduğu zəncirvari avtomobil qəzası baş verib.

Hafta.az xəbər verir ki, şəhərin mərkəzi hissəsi olan Sarıyer rayonunda baş verən və təxminən 15 avtomobilin toqquşduğu qəzaya sərnişin avtobusunda yaranan texniki nasazlıq səbəb olub. Sürücü endikdən sonra hərəkət edən avtobusu 15-dək maşınla toqquşduqdan sonra dayandırmaq mümkün olub.

Qəza zamanı bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb.