“Brüsseldə keçirilən görüşlərin hamısını Azərbaycanın post-müharibə dövründə səsləndirdiyi mesajların toplusu kimi dəyərləndirməliyik. Sammitdə səslənən mesajların hamısı məhz Azərbaycan tərəfinin istəyi və irəli sürülən şərtlər idi ki, bu da çox normaldır. Azərbaycan Prezidentinin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsindəki fəaliyyətini yüksək dəyərləndirir və bunu ölkəmizin növbəti uğuru hesab edirəm”.
Bunu hafta.az-a politoloq Yeganə Hacıyeva bildirib.
“Cənubi Qafqazda sülh və sabitliyin formalaşmasının başqa resepti yoxdur. Bu yol ancaq və ancaq üçtərəfli razılaşmanın dürüst və məsuliyyət öhdəliklərinə əməl olunması və həyata keçirilməsindən keçir. Azərbaycan sammit iştirakçılarından və digər beynəlxalq aktorlardan -Avropa Birliyindən, Şərq Tərəfdaşı Ölkələrindən, ABŞ-dan, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən tələb edir ki, Ermənistanı üçtərəfli görüşün şərtlərinə əməl etməyə, obyektiv yanaşmağa, təşviq etməyə çağırsınlar. Prezidentin Avropa Birliyinə minnətdarlıq etməsinin də əsasında bu durur. Biz bütün dünyadan Ermənistanın üçtərəfli sazişdən irəli gələn öhdəlik və məsuliyyətinin yerinə yetirilməsinə təşfiq olunmasını gözləyirik”.
Politoloq bildirib ki, heç kim üçtərəfli sazişin imzalanması ilə tez bir zamanda regionda sülhün yaranmasına inanacaq qədər sadəlövh deyil.
Y.Hacıyeva hesab edir ki, bu proses uzun və ağrılıdır. Və biz hamılıqla bu prosesi bir yerdə keçməliyik.
“Nəzərə almalıyıq ki, Ermənistan Avropaya gedərkən onların eşitməli olduğu sözləri danışır, Moskvaya gedərkən Rusiyanın eşitmək istədiyi mesajları səsləndirir. Paşinyanın səsləndirdiyi sözlər həm ümumi prosesə ziyan vura biləcək tərəfləri və həm də Ermənistanı ruhlandırır. Lakin Ermənistan sobataja gedə bilməz, ona görə ki, burda sobataj üçün vasitə yoxdur. Amma buna cəhdlər edir. Zaman daralır, Ermənistan real addımlar atmalıdır. Biz atılacaq bu addımları izləməliyik. Zəngəzur dəhlizi bu ilin mart ayına qədər açılmalıdır”.