Azərbaycanın növbəti hədəfi Zəngəzurdur. Bunu rusiyalı tarixçi Modest Kolerov deyib.
“Zəngəzurun anşlüz metodları fərqli ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi artıq 43 mindən 7 min nəfərə qədər azalmışdı. İndi orada qaçqınlar yerləşdirilib. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhalisi azalma ilə üz-üzədir”, o qeyd edib.
Kolerovun fikrincə, depopulyasiya Anşlüzün metodu olacaq.
Bakının Azərbaycanla Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmağa hazır olduqları barədə bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur.
“İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara isə Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaqlar”, - deyə tarixçi vurğulayıb.
Rusiyaya gəlincə, o, Qafqazda öz məsuliyyətinin ərazisini müəyyənləşdirib, rus sülhməramlılarının mövcudluğu azalır, onlar gedəcəklər.
"Rusiyanın Zaqafqaziyada məsuliyyət daşıdığı ərazi Abxaziya və Cənubi Osetiya ilə məhdudlaşacaq", - Kolerov deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək. “İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq”, - deyə o, yekunlaşdırıb.