Zibillikdən anlaqsız vəziyyətdə qadın tapıldı

21:00 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

 

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

 

Hazırda qadının müalicəsi davam etdirilir.