“Zorakılığa əl atmaq istəyənlər dövlətdən müvafiq cavab alacaqlar” - Rati Breqadze

09:48 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Zorakılıq ssenarisini həyata keçirmək fikri olan istənilən şəxs gürcü dövlətindən müvafiq cavab alacağını bilməlidir”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Breqadze Ukraynada döyüşən Nadim Xmaladzenin xalqa müraciət etdiyi “Facebook” paylaşıma münasibət bildirib: “Oktyabrın 26-da qələbəmizə əminəm, əgər “Gürcü Arzusu” saxtalaşdırsa, hansı ki, bunu edəcək, mübarizəyə kim hazırdır?”.

“Həm bu paylaşımın müəllifi, həm də zorakılıq ssenarisini həyata keçirmək fikri olan istənilən başqa şəxs Gürcüstan dövlətindən müvafiq cavab alacağını yaxşı bilməlidir. Mən ona, eləcə də cinayət törətmək niyyətində olan istənilən başqa şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tanış olmağı, gürcü dövləti və xalqı qarşısında mütləq cavab verəcəyini bilməyini tövsiyə edərdim”, – Rati Breqadze bildirib.