"250 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib"- Təhsil Nazirliyi

15:29 14.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Aprelin 14-dək ölkənin 65 şəhər və rayonlarından 250 min nəfər şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib.

Bunu hafta.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən deyilib. Bildirilib ki, qeydiyyatdan keçən ümumi şagirdlərin 205 min nəfəri artıq siniflər üzrə komplektləşdirilib və şəxsi səhifələrinə giriş imkanı yaradılıb.