"Azərbaycan Hava Yolları"nda sanitar-gigiyenik tədbirlər davam etdiriləcək - VİDEO

23:49 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusun ölkədə yayılmasına yol verməmək məqsədi ilə profilaktik tədbirlər davam etdiriləcək: maarifləndirmə işləri aparılır, sanitar-gigiyenik tədbirlər görülür, ictimai yerlərdə dezinfeksiya həyata keçirilir, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq digər zəruri tədbirlər görülür.

Hafta.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-nin bütün mülki aviasiya obyektlərində hər gün dezinfeksiya işləri aparılır, bütün hava və nəqliyyat vasitələrində hərtərəfli sanitar-gigiyenik tədbirlər həyata keçirilir.