"Bulvar Hotel" Operativ Qərargahın istifadəsinə verildi

14:21 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Absheron Hotel Group" koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq "Bulvar Hotel" mart ayının 24-dən etibarən müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.

Hafta.az-ın məlumatına görə, oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri "Absheron Hotel Group" tərəfindən ödəniləcək.