Yazını böyüt
Yazını kiçilt
“Dünya gözəllərim tətildədir” bu mövsüm Seray Sevər, həmçinin Bülənt Ersoy, Safiyə Soyman və Banu Alkanın iştirakı ilə tamaşaçıların qarşısına çıxacaq. Yeni konsepsiyası və güclü heyəti ilə proqram əyləncə dünyasında böyük maraq doğurur.
Hafta.az-ın yazdığına görə, yayımlanan treylerləri ilə diqqət çəkən "My Miss World is on Holiday" iyulun 4-də SHOW TV-də saat 20.00-da ilk bölümü ilə tamaşaçıların görüşünə gələcək.
Proqramın yeni mövsümündə məşhur isimlər bağlanmaq üzrə olan otelin yenidən həyata qaytarılmasında iştirak edəcək. Bülənt Ersoy, Banu Alkan, Safiyə Soyman və Seray Sevər oteli müştərilərlə doldurmaq üçün bütün imkanlarını işə salacaq və hər həftə onlara verilən tapşırıqları uğurla yerinə yetirmək üçün şirin rəqabətə girəcəklər.