Ölkə ərazisində tətbiq edilən karantin rejiminin tələblərindən biri də, metro stansiyaları arasında fəaliyyət göstərəcək ekspress marşrut xətlərinin fəaliyyətə başlaması ilə bağlı idi.
"Ötən gün tapşırıqlar verildi və dərhal eksperss avtobuslar ayrıldı".
Bunu hafta.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Nazirlər Kabineti yanında yaradılan "Operativ Qərargah"ın dünən ölkədə karantin vəziyyətinin elan olunması və ekspress avtobusların xəttə buraxılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, səhər saatlarından M1 və M2 avtobuslar sərnişinlərimizin istifadəsindədir:
"İlk dayancaq məntəqəsi "Həzi Aslanov" metrosu yaxınlığı müəyyən edilib. Səhər saat altıdan "Həzi Aslanov" dan, "20 Yanvar' metrosu istiqamətində və iki fərqli istiqamətdə avtobuslar hərəkət edib. Ekspress marşrutlara "Baku Bus"-ın avtobuslarından cəlb olunub. Bu avtobuslarda da gediş haqqı 30 qəpik müəyyən olunub. Avtobusların hərəkəti 10 dəqiqə intervalla təmin edilir".