Yazını böyüt
Yazını kiçilt
Argentinanın ölkəmizdəki səfirliyi "Emilio F.Mignone 2021" İnsan Hüquqları Beynəlxalq mükafatına namizədlərin qeydiyyatına başlayıb.
Hafta.az-ın yazdığına görə, qeyd olunan mükafat 2007-ci ildə Argentina Respublikasının Beynəlxalq Əlaqələr, Xarici Ticarət və Etiqad Nazirliyi tərəfindən təsis edilib. Mükafatın əsas məqsədi insan huquqlarının təşviqi və müdafiəsi sahəsində xarici ölkələrdə fəaliyyət göstərən qurumların və şəxslərin işini qiymətləndirməkdir.
Sözügedən mükafat Argentinada insan hüquqlarının əsas müdafiəçilərindən olan və CELS-Hüquqi və Sosial Tədqiqatlar Mərkəzinin təsisçi üzvü Emili F.Mignonenin fəaliyyətindən ilham alıb.
Namizədlərin təqdimatı 25 oktyabr 2021-ci il tarixinə kimi qeydə alınacaq. Hər hansı namizədin təqdim olunması üçün qurum və ya fərdi şəxslər aşağıda qeyd olunan saytdakı ərizə blankları doldurmalıdırlar:
https://www.cancilleria.gob.ar/.../premio-internacional...