"Facebook"un yeni adı məlum oldu

09:38 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Facebook" sosial şəbəkəsinin yeni adı "Meta.com" ola bilər.

 

Hafta.az-ın məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində PavelGross.ru saytının domen brokeri Pavel Qross-Dneprov bildirib.

 

Mütəxəssis son bir ay ərzində ".com" zonasında domenlərin kütləvi şəkildə satın alındığını qeyd edib:

 

"Bunları "Facebook" domenləri ilə məşğul olan şirkət alır. Buna görə, "Meta.com" olacağını düşünürəm".

 

Qeyd edək ki, Facebook-un adını dəyişəcəyi oktyabrın 20-də məlum olub.

Oxunma sayı 27