"Kremldə hakimiyyətə türklər gətirilməli, türk dili dövlət dili olmalıdır - RUSİYA ÜÇÜN ÇIXIŞ YOLU"

17:12 08.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın mövcud durumdan bir çıxış yolu vardır: o, Krımı tatarlara verməklə, Kremldə hakimiyyətə tədricən türkləri, müsəlmanları gətirməklə, türk dillərindən birini ortaq türk dövlət dili elan etməklə, özü böyük bir Turana və ya Qızıl Ordaya çevrilə bilər.

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib:

"Düşünürəm ki, Kremldə ehtiyatda belə bir plan vardır. Son dövrdə Kremldən Turanın mərkəzinin Rusiya olması ilə bağlı səslənən fikirlər və Rusiyanın İƏT-də təmsil olunması, bu planın mövcud olduğuna işarədir. Bir zamanlar Trotski də Turan ideyasının adı altında sosializmin Asiyaya yayılmasının tərəfdarı olmuşdur. Çünki alternativ ideya yoxdur. Artıq nə libaralizm, nə də sosializmin köhnəlmiş ideyaları ilə böyük bir coğrafiyanı bir araya gətirmək mümkün deyildir".

Siyasət rubrikasından digər xəbərlər