"Məni unutmasınlar, məni gözəl xatırlasınlar" - VİDEO

17:39 07.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ruhəngiz Musəvi televiziya proqramında kövrək anlar yaşayıb.

Hafta.az xəbər verir ki, əməkdar artist verilişdə uşaqlıq illərindən və həyat yolundan danışarkən emosiyalarına hakim ola bilməyib.

Sənətçi proqram zamanı unudulmaq qorxusundan söz açaraq duyğulu fikirlər səsləndirib. O, "Məni unutmasınlar, məni gözəl xatırlasınlar" sözləri ilə studiyada təsirli anlar yaşadıb.

Ruhəngiz Musəvin kövrəlməsi izləyicilərin də diqqətindən yayınmayıb. Verilişdən yayılan görüntülər sosial şəbəkələrdə geniş paylaşılıb və sənətçiyə çoxsaylı dəstək mesajları ünvanlanıb.