Ölü doğulan uşağı zirzəmiyə atdılar - İDDİA

11:14 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.

Hafta.az xəbər verir ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə klinikanın veb-saytına yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zənglər cavabsız qalıb. Zəngə cavab verən əməkdaş - "bir saat sonra zəng edin", - söyləsə də, geri dönüş edildikdə zənglərə cavab verməyib./oxu.az/