Yazını böyüt
Yazını kiçilt
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı ilə bağlı təkliflər olunmuşdu. Yeni yolun açılışından bir il ötməsinə baxmayaraq ödənişli olacağı, ödənişin hanı formada tətbiq olunacağı barədə məlumat yoxdur.
Hafta.az bununla bağlı “Azəryolservis” ASC –nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Qurumun sözcüsü dedi ki, hələ ki, Ələt-Astara-İran yolunun ödənişli olması müzakirə mövzusu deyil: “Bununla bağlı təkliflər verilmişdi. Lakin hələ təklif olaraq qalır. Ödənişsiz şəkildə sürücülərimiz o yoldan rahat şəkildə istifadə edə bilərlər”.
Qeyd edək ki, 2018-ci il sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.