"Ölkədə tezliklə tibbi maskalarn istehsalına başlanılmalıdır" - Çağırış

14:02 23.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirusla bağlı aparılan mübarizədə əsas vasitələrdən sayılan həkimlərin tövsiyyə etdiyi tibbi maska problemi hələ də davam edir. İqtisadiyyat Nazirliyi isə tibbi maskanın ölkədə istehsal olunacağına dair açıqlama vermişdi.

Xatırladaq ki, Prezident İlham Əliyev bununla bağlı göstəriş də verib.

Məlum olan odur ki, həm paytaxtda, həm də regionlarda insanlar tibbi maska əldə etməkdə çətinlik çəkirlər. Həət bir sıra apteklərdə qapılara "tibbi maska yoxdur" deyə elanlar da vurulub. Vəziyyətin getdikcə ağırlaşdığı bir durumda maska çatışmazlığı insanları da ciddi şəkildə narahat. Məsələnin digər tərəfi isə odur ki, bi çox apteklərdə əvvəllər 1.5-2 manata olan maskalar indi 4-5 manata satılır. Bu qiymətlər isə aşağı gəlirli insanlar üçün əlçatan deyil.

Bu barədə hafta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, bu haqda cənab Prezident də tapşırıqlar verib, tibbi maska hazırlamaq elə də çətin proses deyil:

"İqtisadiyyat Nazirliyi tez bir zamanda tibbi maska istehsalına başlamalı idi. Bu koronavirus təhlükəsinin sonu hələ məlum olmadığı üçün, atılan addımlar sürətli olmalıdır. Mən şəxsən özüm Bakıda bir neçə aptekdən soruşdum, olmadığını bildirdilər. Maskalar xəstə adamlar üçündür. Sağlam adam üçün lazlm deyil. Hər iki-üç saatdan bir dəyişilməlidir. Maska istehsalı ilə kim məşğul olsa həm də gəlir əldə edə bilər. Bundan əlavə, xalq üçün də lazımlı iş görmüş sayılar".