"Patriot" və "SAM/T" Rusiyanın təkcə raketlərini deyil, həm də təyyarələrini vuracaq

20:12 11.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin(HHQ) sözçüsü Yuri İqnat bildirib ki, tezliklə Ukraynaya gələcək "Patriot" və "SAM/T" Qərb hava hücumundan müdafiə sistemləri təkcə Rusiya qanadlı raketlərini deyil, həm də işğalçıların taktiki təyyarələrini vurmağa kömək edəcək.

Hafta.az Y.İqnat "NV" radiosuna istinadla xəbər verir ki,  bu barədə milli telemarafonun efirində danışıb.

“"Patriot "kompleksi təkcə ballistik raketlərin vurulması baxımından yaxşı deyil. Bu, uzunməsafəli radiusda işləyə bilən kompleksdir. Təəssüf ki, bizdə belə uzaqmənzilli zenit-raket kompleksləri yoxdur. Əsas sistemlərimiz 40 km mənzilli "Buk-M1" və 75 km mənzilli "S-300"-dür”, - deyə İqnat bildirib.

Bu səbəbdən, onun sözlərinə görə, 150 km məsafəyə malik “Patriot” və “SAM/T” sistemləri yalnız ballistik raketləri vurmağa deyil, həm də Rusiya aviasiyasının uzaq məsafələrdə fəaliyyətinə qarşı çıxmağa kömək edəcək.

"Rusiya cəbhə bölgəsində, şimal və cənub istiqamətlərində aviasiyadan istifadə edərək həm raketlər, həm də aviasiya bombaları ilə zərbələr endirir - onlar 30, 40, 50, 60 km yüksəklikdə bizim sərhədlərimizə qədər uçur və bu bombaları ata bilirlər", - deyə HHQ spikeri bildirib.

Hərbi Hava Qüvvələrinin sözçüsü əlavə edib ki, söhbət Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki təyyarələrin məhv edilməsindən gedir. Bu komplekslərin elə yerləşdirilməsi planlaşdırılır ki, onlar Ukraynanın kritik infrastrukturunu və Ukrayna Silahlı Qüvvələrinin mövqelərini əhatə etsin.