"Putin Moskvada yeni məscidin tikilməsinə razılıq verib" - Ramzan Kadırov

09:26 02.10.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırov bir gün öncə görüşdüyü prezident Vladimir Putinin Moskvanın Cənubi Butovo rayonunda yeni məscid tikmək təklifini dəstəklədiyini deyib.

Hafta.az-ın yazdığına görə, Telegram kanalında açıqlama verən Kadırov Moskvaya atasının adını daşıyan küçədə məscid tikməyi təklif etdiyini bildirib. Kadırovun atası Əhməd Hacı Kadırov Çeçenistanın ilk prezidenti olub.

Kadırov Kremlin dərc etdiyi televiziya yazılarında və iclas qeydlərində məscidlə bağlı görüşün olmamasının səbəbini məsələnin iclasın gündəmində olmaması ilə izah edib.

Moskvada 3 milyona yaxın müsəlmanın yaşadığı təxmin edilir. İlin əvvəlində pravoslavların müqəddəs saydığı Müqəddəs gölün yaxınlığında məscid tikiləcəyi ilə bağlı yayılan xəbərlər bölgədə etirazlara səbəb olub. Həmin vaxt Kadırov baş verənlərə münasibət bildirib və etirazçıların Qərb kəşfiyyat xidmətlərinin maraqlarından çıxış etdiyini iddia edib.