Macarıstanın Vesprem şəhərində 1956-cı il Macarıstan İnqilabı ilə bağlı keçirilən tədbirdə çıxış edən baş nazir Viktor Orban Avropa İttifaqını “Sovet İttifaqının uğursuz parodiyası” ilə müqayisə edib.
Hafta.az-ın yazdığına görə, Orban çıxışında bunları deyib: “Bəli, tarix bəzən təkrarlanır. Xoşbəxtlikdən, birinci dəfə faciə olan ən yaxşı halda ikinci dəfə komediyaya çevrildi... Moskva faciə idi, Brüssel isə sadəcə müasir dövrün uğursuz parodiyasıdır. Moskva truba çalarkən biz onların istədiyi kimi rəqs etməli olduq. Brüssel truba çalanda isə biz istədiyimiz kimi oynayırıq, hətta istəməyəndə heç oynamırıq".
Avropa İttifaqının Macarıstana təzyiq göstərdiyini deyən Orban bildirib ki, Sovet dövründə bu “partiya xəbərdarlığı” adlandırılırdı, indi isə adını “hüququn aliliyi prosesi” qoyublar. Baş nazir Orban, Qərb üçün azadlığın "bir qaçış növü", cinsini, milliyətini və şəxsiyyətini dəyişdirmək imkanı olduğunu qeyd edib.