"Qisas və unutqanlıq arasında: Rusiya üçün keçid ədaləti anlayışı" (Hesabat)

10:35 15.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2021 -ci ilin avqustunda Moskva Hüquq və İctimai Siyasət İnstitutu tərəfindən Nikolay Bobrinski və Stanislav Dmitrievskinin "Qisas və unutqanlıq arasında: Rusiya üçün keçid ədaləti anlayışı" adlı analitik hesabatı nəşr edilib. Müəlliflər əsəri "keçmişin və indinin cinayətlərinin cəzasızlığının gələcəkdə necə aradan qaldırılmasına dair hüquqi futurizm janrında hesabat" olaraq mövqeləndiriblər.

Ukraynanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan xəbərdə bildirilir ki, sözügedən sənəddə digər məsələlərlə yanaşı, Krımın ilhaq cəhdləri də daxil olmaqla Rusiyanın Ukraynaya qarşı təcavüzünün nəticələri təhlil edilir. Müəlliflər, əvvəllər Çeçenistanda Rusiya hakimiyyəti tərəfindən törədilən beynəlxalq cinayətlərin Ukraynadakı silahlı münaqişə ilə əlaqədar vəziyyətə "müəyyən dərəcədə aid olduğunu" qəbul edirlər, çünki "burada qurbanların sayı da çox böyükdür, itkin düşənlərin sayı o qədər çox olmasa da, hər halda itkinlər də var.

Hesabatda Rusiyanın Krım yarımadasını qanunsuz zəbt etməsi nəticəsində zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin "Ukrayna münaqişəsi ilə əlaqəli qlobal problem" olduğu bildirilir. Hesabatda həmçinin, "zərərçəkmişlər, habelə qurban qrupları (məsələn, Krım Tatar xalqı) üçün təzminat proqramları, geri qaytarılana qədər, yəni qurbanların ilkin vəziyyətinin bərpasına qədər öz nəticələrinə nail olmayacaq", eyni zamanda, "qanunsuz ələ keçirilən ərazinin statusunun beynəlxalq hüquqi tənzimlənməsi olmadan belə bir geri qaytarmanın mümkün olmadığı" qeyd olunur.

Müəlliflər, Rusiyada öz əhalisinə və qonşu dövlətlərin xalqlarına qarşı törədilən kütləvi cinayətlərin vəziyyətinin nəticələrini araşdırmaq üçün, iddia müddəti haqqında anlayışa yenidən baxılmasını təklif edirlər, əks halda "çoxsaylı cinayət nümunələrinin əksəriyyəti" "ədalət mühakiməsinin hüdudlarından kənarda qalmaq", "siyasi və iqtisadi təsir kimi cəzasız cinayət fəaliyyətindən əldə edilən faydalar" mənasını verəcək.

Müəlliflər hesabatda Rusiyanın 2014 -cü ildən bəri Ukraynada etdiyi hərəkətləri beynəlxalq təcavüz cinayəti kimi qiymətləndirirlər.

Hesabat müəllifləri, "dövlət hakimiyyətinin qanunsuz olaraq mənimsənilməsi və saxlanılması üsullarını öyrənmək və cəmiyyətə açıqlamaq vəzifəsi verilə bilən" məhkəmədənkənar bir orqan olaraq Hakimiyyətin qəsbini araşdırmaq üçün, "qəsbetmənin təkrarlanmamasını təmin etmək üçün tövsiyələr hazırlayan" Komissiya yaratmaq təklifini də səsləndiriblər. Hesabatda, barəsində RF Cinayət məcəlləsinin “ekstremizm” maddəsi tətbiq edilmiş zərərçəkmiş şəxslərin siyasi motivli cinayət təqiblərinə məruz qalmış şəxslər kimi reabilitasiyası, habelə “təşkilati” qaydada həyata keçirilməsi vacib olan “anti-konstitusiya inzibati repressiyadan zərərçəkmiş şəxslərin reabilitasiyasının” keçirilməsi təklif olunur.

Qeyd etmək lazımdır ki, Nikolay Bobrinski alimdir və “Parnas” Partiyası ilə yaxından əlaqəli Ramenki bələdiyyə dairəsi Deputatlar Şurasının üzvüdür, Stanislav Dmitrievski isə əvvəllər ruslar tərəfindən “ekstremizmə görə” məhkum edilib, Nijni Novqoroddan olan hüquq müdafiəçisidir, uzun illərdir ki, Rusiya hakimiyyətinin Şimali Qafqazdakı cinayətlərini araşdırır.

Oxunma sayı 689