"Ruslar ukraynalı gənc qadınlar üçün təhlükəsizlik riskini artırır" - Ukrayna səfiri

13:08 05.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Almaniya siyasətçilərinin Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərliyə görə ölkəsini tərk edən Rusiya vətəndaşlarına sığınacaq verilməsi təşəbbüsünü tənqid edib.

Hafta.az-ın yazdığına görə, Makeyev bildirib ki, heç nəyə peşman olmayan, lakin yenə də hərbi xidmətdən yayınmaq istəyən gənclər Rusiyadan qaçır və nəticədə onlar Rusiya bayraqlarını dalğalandıraraq kortejlərdə Almaniya şəhərlərini gəzirlər.

Ukraynalı diplomat bildirib ki, yalnız Almaniya üçün deyil, həm də “yataqxanalarda yerləşdirilən rusların yanında qalmağa məcbur olacaq uşaqlı bütün ukraynalı gənc qadınlar üçün” “təhlükəsizlik riskini” təmsil edə bilər.

Bu arada, alman siyasətçilərin rusiyalı qaçqınlara dəstəyi ilə bağlı bəyanatlarına baxmayaraq, noyabrın əvvəlinə Almaniyanın sistematik olaraq onlara sığınacaq verdiyinə dair rəsmi təsdiq yoxdur və hüquq müdafiəçiləri bu prosedurun təşkilində çətinlikləri qeyd ediblər.

Alman hakimiyyət orqanları ruslara vizaların verilməsi prosedurunda dəyişiklik edilməməsini Rusiyanın bu vəziyyətdən istifadə edərək Aİ-nin mühüm infrastruktur obyektlərində təxribat təşkil edə biləcəyi qorxusu ilə izah edib.

Xatırladaq ki, Almaniyada ukraynalı qaçqınlar üçün ayrılmış yataqxanalardan birinin yandırılması ilə bağlı hadisədən sonra Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubynets Ukraynalı qaçqınların məskunlaşdığı ölkələrdə təhlükəsizliyin gələcək vəziyyətindən narahatlığını bildirib.

Siyasət rubrikasından digər xəbərlər