"Saudi Media Forum 2"nin qalibləri mükafatlandırılıb

23:35 21.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nəhayət, iki gün (20-21 fevral) davam edən "Saudi Media Forum 2" laureatların mükafatlandırılması mərasimi ilə öz işini başa çatdırdı.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanının İnformasiya naziri vəzifəsini icra edən Dr. Məcid Əl-Qəsabinin də qatıldığı və bir sıra ərəb mediası rəhbərlərinin və qonaqların iştirakı ilə keçirilən mərasimdə qaliblərə mükafatlar təqdim edilib. 

Səudiyyə Ərəbistanında yayımlanan "Okaz” qəzetinin baş redaktoru Cəmil əz-Ziyabi "jurnalist dialoqu" mükafatını, Təğrid ət-Tasan isə "jurnalist məqaləsi" mükafatını qazanıb.

Xəbər janrında mükafat jurnalist Yəmən Loğmana, jurnalist araşdırması sahəsində mükafat isə səudiyyəli şair Xələf bin Hathalla bağlı araşdırmasına görə "Saudi National Guard" jurnalına verilib.

"Radio Dialoq" kateqoriyasında “Rotana FM”dən Xalid Əbdüləziz, “Əl-Araby” kanalının yayımçısı Xalid Mədxali isə "Vizual Dialoq" mükafatını qazanıb. Mükafat elmi tezislər kateqoriyasında xanım Şahd Harmuşa, kitablar və araşdırmalar kateqoriyasında isə səudiyyəli yazıçısı-jurnalist Əhməd əl-Ərfəcə verilib. Yazıçı-jurnalist Məhəmməd əl-Ratyan isə "keyfiyyətli məzmun" mükafatına layiq görülüb. 

İnformasiya naziri vəzifəsini icra edən doktor Məcid Əl-Qəsabi məhkəmə jurnalistikasında uzun karyerasının kulminasiya nöqtəsi olan Media Şəxsiyyət Mükafatını professor Xalid əl-Malikə təqdim edib.

Bundan sonra tamaşaçılar Fransanın Twin Band qrupunun əyləncəli şousuna baxıblar.