“Human Movie Team”n təşkil etdiyi proqram çərçivəsində fələstinli rejissor Navras Əbu Salehin "Shadows Freedom" filmin ilk nümayişi İstanbuldakı “Akademi Beyoğlu”da keçirilib.
Hafta.az-ın yazdığına görə, “Əl-Qəssam” müqavimətçisi və bir israilli məhbusun hekayəsindən bəhs edən 15 dəqiqəlik filmin nümayişindən sonra verdiyi müsahibədə Saleh oktyabrın 7-də başlayan “Əqsa tufanı” əməliyyatının “sel kimi” adlandırıldığını bildirib.
Saleh Fələstindən uzaq olmasına baxmayaraq nəsə etmək üçün belə bir qısametrajlı film hazırladığını bildirərək, "Bu yolu seçdim, çünki dəstək ola biləcəyim sahə buradır. Qəzzada və Fələstində çox fərqli hekayələr var. Bütün bunların arasından hansını götürəcəyimdən əmin deyildim. Xüsusilə belə qısa müddətdə bir şey ortaya çıxarmaq istəyəndə qərar vermək həqiqətən çətindir" deyib.
Saleh filmi bir dostunun verdiyi büdcə dəstəyi ilə İstanbul Bağcılarda çəkdiyini, büdcə darlığı səbəbindən filmdə də rol aldığını bildirib.
Nəvrəs Əbu Saleh filmdə həm rejissor, həm də aktyor olmağın çətinliklərinə də toxunaraq, “Ümid edirəm ki, bu film dünyaya səs salaacq” deyib.
Yeni il gecəsi filmi 18 saata çəkdiklərini ifadə edən Saleh, "Biz fələstinlilər həmişə şən, xoşbəxt olmaq istəyən, həyatı sevən insanlarıq. Qəzzədə gördüyünüz kimi, hələ də çadırlarda yaşayan insanlar var və onlar həyatlarını doya-doya yaşamağa çalışırlar. Bu, həyatımıza tarazlıq gətirir. Belə olmasaydı, gülməzdik, partlayardıq" deyə bildirib.
Bu gün öz mövqeyində olan hər kəsin Qəzza üçün bir şey edə biləcəyini vurğulayan Saleh, "Öz həyatımıza qayıda bilərik, ancaq Qəzzanı və Fələstini hər zaman beynimizdə saxlamalıyıq. Əsl müharibə əslində bu müharibə bitdikdən sonra başlayacaq. Müharibədən sonra diqqətimizi Qəzzaya yönəltməliyik. Çünki hazırda orada nə yemək, nə geyim, nə də tibbi ləvazimat var. İnsanların çoxlu ehtiyacları var. Nümunə olaraq zəlzələdən dərhal sonra Hatayı xatırlamaq olar. Keçən il bu vaxtlar zəlzələ bölgəsində idim. Ölümlərin, çoxlu çətinliklərin şahidi oldum. Qəzzada da müharibədən sonra belə bir vəziyyətdir. Sadəcə bir fərq var: Zəlzələ olanda bütün ölkələrdən yardım gələ bilir, ancaq Qəzza olduğu üçün bu mümkün deyil, çünki ora 85 ildir blokadadır və bu iş yekunlaşana qədər biz Qəzzaya diqqət yetirməliyik” deyib.
Fələstinlilərin bu gün məyus olduğuna diqqət çəkən Saleh deyib ki, ümmətin onları tərk etdiyini düşünürlər və bu çox açıqdır: “Videolarda da görürsən ki, insanlar əlləri ilə ailə üzvlərini dağıntılar altından xilas etməyə çalışırlar. Onlar “Ey ərəb dünyası, ey ümmət, haradasan?” deyə soruşurlar. Biz bu məyusluğu bir daha görürük. Paris və Vaşinqtonda nümayişlər davam edir. Biz bunu ərəb dünyasında da intensiv şəkildə görmək istəyirik. Böyük güclər vasitəsilə bu blokadanı yarmağa səy göstərməliyik".