Möhtərəm cənab Prezident
Siz dünyanı lərzəyə salan pandemiya bəlasına qarşı iti zəka göstərərək, çevik addımlar ataraq və vaxtında tədbirlər görərək xalqımızı gözlə görünməyən düşmənə qarşı yumruq kimi birləşdirməyə nail oldunuz. Bütün tədbirlərlə bərabər, əhalinin həssas təbəqəsinin mənafeyinə xidmət edən qərarlarınız bir daha göstərdi ki, Siz hər bir azərbaycanlının yanındasınız.
Dünyada ilk dəfə məhz Sizin təşəbbüsünüzlə yaradılan və nümunə olaraq özünüz birinci ianə qoyduğunuz dəstək fondu insanların bir-birinə kömək göstərməsinə çağırış oldu, qədirbilən xalqımız bu çağırışa qoşuldu.
Cənab Prezident, Sizin yürütdüyünüz həm daxili, həm də xarici siyasəti izlədikcə respublikamızın inkişafı, işıqlı gələcəyi ilə qürur hissi keçiririk. Azərbaycan xalqı həmişə Sizinlədir və biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Mustafayeva Tamella Yusif qızı, Şəki şəhər 2 saylı tam orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Şəki şəhəri.
***
Hörmətli cənab Prezident.
COVID-19 pandemiyasının tüğyan etdiyi, neftin qiymətinin aşağı düşdüyü, dünya iqtisadiyyatının çökdüyü bir zamanda biz - Şəki rayonunun Kiçik Dəhnə kəndinin ziyalıları Sizin yanınızdayıq. Uzaqgörənliyiniz, Vətənə sevginiz sayəsində Siz həmişə xalqın yanında oldunuz, həm maddi, həm də mənəvi dəstəyiniz nəticəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildiniz. Dünyanın ən inkişaf etmiş, qüdrətli hesab edilən dövlətləri bunu bacarmadılar.
Cənab Prezident, belə bir çətin zamanda Azərbaycan xalqı öz Liderinin - Sizin arxanızca getdi. Siz məhz uzaqgörən siyasətiniz, möhkəm iradəniz nəticəsində uğur qazana bildiniz. Ona görə Siz bizim üçün ən müdrik Lider olaraq qalacaqsınız.
Bu ağır günlərdə bir Lider, bir dövlət başçısı olaraq xalqımıza dayaq durduğunuz, kömək göstərdiyiniz, bizi bu pandemiyadan xilas etdiyiniz üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Qeybullayev Mikayıl Valeh oğlu.
Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.