"Tələbələrin təqaüdlərinin ödənilməsində heç bir problem yoxdur" - Nazirlik

13:31 08.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasına görə bütün ali təhsil müəssisələrində distant təhsil davam etdirilir. Bəs tələbələrin təaqüdü hansı qaydalarla ödənilir, əlavə maddi güzəştlər mexanizminin tətbiqi nə zaman icra olunacaq?

Hafta.az bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə əlaqə saxlayıb. O, bildirib ki, tələbələrin təqaüdləri əvvəlki qaydada ödənilir: "Heç bir problem yaranmayıb. Distant təhsil davam edir, bunun ödənişlərə aidiyyatı yoxdur".

C. Valehov tələbələrə əlavə güzəştlər mexanizmi ilə bağlı isə bildirdi ki, qaydalar üzərində işlənilir:

"Cənab Prezident 40 milyon manata yaxın vəsait ayırıb. Bu da həssas sosial ailələrin təhsil alan övladlarının təhsil haqqları ilə bağlı nəzərdə tutulub. Təhsil və Maliyyə Nazirliklərinin işçi qrupu tərəfindən işlənilir. Paketə aid qaydalar bitdikdən sonra əlavə məlumat veriləcək".