Əlcəzairin Baş Qərargah rəisi general-leytenant Səid Şankariha paytaxtdakı Quru Qoşunları Komandanlığının qərargahında etdiyi çıxışında ölkəsinin Sahel və Böyük Səhra bölgəsinə terrorla mübarizə bəhanəsi ilə hər cür xarici müdaxiləni rədd etdiyini vurğulayıb.
Hafta.az-ın yazdığına görə, feneral bunu tamamilə uğursuz yanaşma kimi dəyərləndirib.
“Əlcəzair terror fenomeninin təhlükələrini, fonunu və ölçülərini erkən tanıdı, onun dağıdıcı və fəlakətli nəticələri barədə bütün dünyanı xəbərdar edib. Şübhəsiz ki, ölkəmiz azadlıq inqilabı zamanı qazandığı təcrübə sayəsində terrorizmə qalib gəlməyə və öz mürtəce layihəsini basdırmağa nail oldu” deyən general hərbi kadrlara müraciət edib. Bildirib ki, keçmişin və indinin faktları və hadisələri BMT, Afrika İttifaqı və digər müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlərin qətnamələrinin və hüquqi sənədlərinin bu bədxassəli bəla ilə lazımi tədbirlərlə mübarizə aparmaq üçün ciddi şəkildə icra olunmasını təmin edir.
Baş Qərargah rəisi prezident Əbdülməcid Tebbunun martın 28-də videokonfrans vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə yüksək səviyyəli müzakirəsində iştirakını yüksək qiymətləndirib. Tebbun vurğulamışdı ki, onun ölkəsi "qonşularına və Afrika qitəsindəki ölkələrə terrorizm və zorakı ekstremizmlə mübarizədə dəstək vermək səylərini eyni ruhda davam etdirir".
Şankariha həmçinin Əlcəzairin "Sahel - Böyük Səhra bölgəsində terrorla mübarizə səylərinə yeni bir dinamizm əlavə etməyə hazır olduğunu" bildirib. Bununla bağlı o, Əlcəzair, Mali, Mavritaniya və Nigerin daxil olduğu Birgə Əməliyyatlar Qərargah Komitəsinin üzv dövlətləri tərəfindən bəyənilən bir təşəbbüsün olduğuna diqqət çəkib. Bu təşəbbüs 2014-cü ildə Saheldə, ilk növbədə Malidə ekstremist qruplara qarşı qabaqlayıcı hərbi və təhlükəsizlik əməliyyatlarının aparılması məqsədilə irəli sürülüb. O, həmçinin, son iki ildə sayı əhəmiyyətli dərəcədə azalan Fransa qüvvələrinin bölgədəki əsgərlərinin müdaxiləsindən uzaq Səhra bölgəsində bu aspekti həll etməyi hədəfləyir.
Qərargah Komitəsinin işi ilə bağlı Şankariha deyib: “Bu, ilk növbədə, hər bir ölkənin öz milli ərazisində terror təhlükəsi ilə fərdi şəkildə mübarizə aparmasını təmin edən strategiyaya əsaslanır".