"TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb

18:00 02.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Konya şəhərində keçiriləcək “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri iştirak edəcək Azərbaycanın 78 nəfərdən ibarət şəxsi heyəti Türkiyədə qarşılanıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələri 2 MiQ-29 və 2 Su-25 təyyarəsi ilə təlimlərdə iştirak edəcək.

Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.