“Welad Rizk 3” (Sons of Rizk 3) nümayiş olunduğu 13 gündə 12 milyon dollardan çox gəlir əldə edərək ərəb və Qərb kinoteatrlarında möhtəşəm uğurunu davam etdirib.
Hafta.az-ın yazdığına görə, təxminən 8 milyon dollar büdcə ilə ərəb kinosu tarixinin ən böyük istehsalı olan film, Səudiyyə Ərəbistanı Əyləncə Təşkilatının və Riyad Sezonunun sponsorluğu ilə Səudiyyə Ərəbistanı və Misirdə çəkilib.
Ərəb incəsənətini dəstəkləməkdən xoşbəxt olduğunu vurğulayan Səudiyyə Ərəbistanı Əyləncə Təşkilatı İdarə Heyətinin sədri Turki əl-Şeyxin himayəsi ilə iyunun 17-də Ər-Riyadda filmin premyerası keçirilib. Əl-Şeyx, “Məqsədimiz Ər-Riyad Mövsümünə fayda verəcək bir filmlə uğur qazanmaqdır. Ancaq arzumuz bundan da böyükdür” deyib.
Serialın “The Judge” adlı üçüncü filmindəki hadisələr, Rizk qardaşlarının müxtəlif həyat tərzlərindən ayrıldıqdan illərlə sonra cinayətə qayıtmasını, günlərin birində keçmişdən bir kabusun qayıdıb üstlərinə kölgə saldığını göstərir. Onlar özlərini xilas etmək üçün tarixlərinin ən böyük, ən təhlükəli və ən vacib taleyi ilə üzləşirlər.
Film, Rizkin oğullarının soyğunçuluq əməliyyatlarının illər sonra yenidən başlaması və , britaniyalı boksçu Tayson Fyurinin Riyad Mövsümündə iştirakı zamanı taxdığı saatı oğurlamaq məqsədilə əksəriyyəti paytaxt küçələrində, eləcə də Ər-Riyad şəhər bulvarında çəkilmiş aksiya səhnələri və təqiblərlə başlamasına əsaslanır.
Filmdə baş rolları Əhməd Ezz, Əmr Yusuf, Kərim Kasım, Məhəmməd Lütfi, Asər Yasin, Seyid Rəcəb, Nəsrin Emin, Məhəmməd Məmduh, Əhməd Davud, Əli Sufi, eləcə də beynəlxalq boksçu Tayson Furi və ulduz Kərim Əbdüləziz də daxil olmaqla bir sıra fəxri qonaqlar canlandırıb. Filmin ssenari müəllifi Salah əl-Cuheyni, rejissoru Tariq əl-Aryandır.
Film komandası Səudiyyə Ərəbistanı Əyləncə Təşkilatı və Riyad Sezonu ilə əməkdaşlıqda bu filmi istehsal etməkdən çox xoşbəxt olduqlarını, serialın üçüncü filminin keyfiyyətcə sıçrayış və böyük kassa rəqəmləri əldə etdiyini vurğulayaraq, burada Türki əl-Şeyxin dəstək və rəhbərliyinin olduğunu bildirib.