"YAŞAT" Fondu şəhid qızının xaricdə təhsil haqqını üzərinə götürdü

15:34 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"YAŞAT" Fondu tərəfindən şəhid və qazi ailələrinin xərclərinin ödənilməsi prosesi davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar Cəfərovanın xaricdə təhsil ödənişi “YAŞAT” Fondu tərəfindən ianələr hesabına qarşılanıb.