10 il əvvəlki paylaşımına görə 500 min rubl cəza kəsildi

09:20 07.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva Dövlət Universitetinin (MSÜ) tələbəsi Kristina S. 10 il əvvəl sosial şəbəkədə paylaşdığı pişik şəkli və göy qurşağı bayrağı olan şəkillərə görə ümumilikdə 500 min rubl cərimələnib. Yazıları yoxlanılan Kristina hər şəkilə görə də 100 min rubl cərimələnib.

Hafta.az-ın “Moskviçmag”a istinadən yazdığına görə, tələbənin paylaşımlarında “cinsi oriyentasiyaya qarşı LGBT simvolları və tənqidi dildən ibarət məzmun” olduğu müəyyən edilib. Memlərlə bağlı məhkəmə ekspertləri onların “estetik dəyərə malik olduğu” barədə rəy bildirsələr də, bu, hökmün çıxarılmasına mane olmayıb.

Kristina müdafiəsində bu yazıları 2014-cü ildə yetkinlik yaşına çatmayanda yazdığını və onları unudduğunu bildirib. Məhkəmə sözügedən məzmunda “LGBT təbliğatı” və “ekstremist simvolları” ehtiva etdiyi üçün cərimə kəsilməsinə qərar verib.