Təxminən 1300 il əvvəl Fələstində bir katib, üzərində Suriya dilində mətn olan İncilin bölməsini silib, səhifədən yenidən istifadə edib.
Hafta.az-ın “Jerusalem Post”a istinadən yazdığına görə, o dövrdə səhrada kağız tapmaq çox çətin idi və bu, onların resurslardan uzun müddət istifadə edə bilməsinin yeganə yolu idi. Xoşbəxtlikdən, Avstriya Elmlər Akademiyasının orta əsr mütəxəssisi Qriqori Kessel və komandası ultrabənövşəyi şüalarla apardıqları araşdırma sayəsində silinmiş bu mətni üzə çıxara bildilər.
Yeni Əhdi-Cədid Araşdırmaları elmi jurnalında bu yaxınlarda dərc edilmiş məqalədə çatışmayan fəslin təfərrüatları verilir. Silinmiş mətn Əhdi-Cədidin köhnə Suriya dilində versiyasının fraqmentlərindən ibarət olub və Matta kitabının 12-ci fəslinin təfsiri idi.
İlk dəfə 1750 il əvvəl, eramızın III əsrində tərcümə edildiyi məlum olan mətn VI əsrdə bu perqamentə köçürülüb. Fələstinli katib isə 8-ci əsrdə mətni silib və onun üzərinə başqa bir yazı yazıb.
Kessel, "Son vaxtlara qədər “İncil”lərin qədim suriya dilində tərcümələrini ehtiva edən yalnız iki əlyazma məlum idi" deyib. Onlardan biri hazırda Londondakı Britaniya Kitabxanasında saxlanılır. Digəri isə Misirdə Sinay dağında yerləşənMüqəddəs Ketrin monastırında aşkarlanıb. Üçüncü əlyazmanın fraqmentləri bu yaxınlarda Sinai Palimpsests Layihəsi zamanı ortaya çıxarılıb. Kessel sonuncu əsəri Vatikan Kitabxanasında tapıb.
Avstriya Elmlər Akademiyasının Orta Əsrlər Araşdırmaları İnstitutunun direktoru Klaudiya Rapp kəşfin digər mühüm cəhətini belə izah edib: “Bu kəşf orta əsr əlyazmalarına gəldikdə, müasir rəqəmsal texnologiyalar və fundamental tədqiqatlar arasında qarşılıqlı əlaqənin nə qədər məhsuldar və vacib olduğunu sübut edir”.