131 mindən çox şəxsə sosial ödənişlər elektron qaydada təyin edilib

11:20 28.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-noyabr aylarında 131 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Elektron təyinatın 21 min nəfərdən çoxu pensiya, 109 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşüb.

 

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.