15 yaşlı sevgilisi ilə bir ay DOLABDA YAŞADI, HƏBS EDİLDİ

18:17 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Luiziana ştatının 36 yaşlı sakini Conatan Rosmoyn yetkinlik yaşına çatmayan şəxslə intim münasibətdə olduğu üçün 15 il azadlıqdan məhrum edilib.  

Hafta.az Fox10 saytına istinadla xəbər verir ki, 2020-ci ilin sentyabrında 15 yaşlı məktəbli qızın valideynləri onun yataq otağında dolabda gizlənən bir kişini tapıblar. Onlar dərhal polisə məlumat veriblər. Şerifin sözlərinə görə, onlar olay yerinə gəldikləri zaman belə, Rosmoyn hələ də gizləndiyi yerdən çıxmayıbmış.  

O, etiraf edib ki, bir ay boyunca burada olub və valideynləri evə gəldiyi zaman dolabda gizlənirmiş. Aydın olub ki, o 15 yaşlı qurbanını tanışlıq saytında tapıb.

Artıq məhkəmənin qərarı ilə Rosmoyn 15 il azadlıqdan məhrum edilib.